Yunanıstana qaçmağa hazırlaşan FETÖ dəstəsi tutuldu

Muğlanın Marmaris qəsəbəsində Yunanıstana qaçış üçün hazırlaşan 4 nəfər FETÖ üzvü və onlara bələdçilik edən iki şəxs polis tərəfindən həbs edilib. FETÖ- çu bir qrupun Yunanıstana qaçacağının xəbərini alan polis Marmaris Bozburun məhəlləsində tədbir alıb. ABŞ bayraqlı bir yelkənli yaxtaya hərəkət edərkən əməliyyat keçirilib. Əməliyyat zamanı dört nəfər FETÖ terror təşkilatı şübhəlisi və onlara bələdçilik edən iki şəxs saxlanılıb.Yaxtadakı telefon və komputerlər polis tərəfindən dəlil olaraq götürülüb. Muğla Jandarma Komandanlığındakı  sərhədi pozmaq haqqında aktların tərtibindən sonra şübhəlilər Muğla  Baş Polis İdarəsi Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinə aparılıb. 

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31