Şahzadənin bu addımı tənqid olundu
11 İyul 2018 15:59 DünyaYunan kral ailəsinin üzvü, şahzadə Mariya Olimpiya sosial şəbəkədə qalmaqallı paylaşım edib. 21 yaşlı şahzadə 150 minlik instaqram səhifəsində izləyiciləri ilə yeni bir fotosunu bölüşmək istəyib.
Romada tətildə olan M. Olimpiyanın barmağıyla qeyri-etik işarə göstərərək poza verməsi diqqət çəkib. Onun bu fotosu etirazla qarşılanıb və tənqid atəşinə tutulub.
O, bir neçə saat sonra həmin paylaşımı səhifəsindən silmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Yunanıstanda monarxiya 1973-cü sona çatsa da, kral ailəsi öz statunu hələ də qoruyur.


Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31