İranda qırıcı təyyarə qəzaya uğrayıb

İranın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə ölkənin cənub-şərqində qəzaya uğrayıb. 

Bildirilir ki, Pakistanın Sistan və Bəlucistan vilayətləri ilə sərhəddə yerləşən Çexbexar ərazisində patrul əməliyyatları aparıldığı zaman F-4 döyüş təyyarəsi qəzaya uğrayıb. Hadisənin səbəbi texniki nasazlıq göstərilir.

Qeyd edək ki, iki pilot katapulta vasitəsilə təyyarədən xilas olub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31