Səudiyyə Ərəbistanı Yəmənə diviziya göndərdi
11 İyul 2018 13:29 DünyaSəudiyyə Ərəbistanı Baş Qərəgahı Yəmənə hökumət birliklərinin dəstəklənməsi üçün bir diviziya göndərib. Əsas məqsəd Hudeyda dəniz limanını İran tərəfli üsyançı husilərin dəstələrindən təmizləmək olaraq göstərilib. Hudeyda limanı hal-hazırda husilər tərəfindən İrandan gələn hərbi yardım alınması üçün nəqliyyat mərkəzi olaraq istifadə olunur. Yaxın günlərdə bu limanın dövlət və Ərəb koalisiyası tərəfindən alınması gözlənilir.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31