"İran-İsrail gərginliyinə son verilməlidir" - Şoyqu

İran və İsrail münasibətlərindəki gərginlik hərbi güc yerinə dialoq vasitəsilə həll edilməlidir.

Axar.az xəbər verir ki, bunu İtaliyanın "İl Giornale" qəzetinə müsahibəsində Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, tərəflərdən birinin Suriyada hərbi gücdən istifadəsi bütün Yaxın Şərqdə gərginlik yaradacaq.

O, hər iki tərəfin səbir göstərəcəyinə ümid etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31