Pakistanda partlayış: 5 ölü, 25 yaralı
11 İyul 2018 00:50 DünyaPakistanda terrorçu-intiharçının hücumu nəticəsində 5 nəfər ölüb, daha 25 nəfər yaralanıb.
Hadisə ölkənin Peşavar şəhərində baş verib. Qeyd olunur ki, terrorçu Avami Milli partiyasının məclisi zamanı hücum törədib.
Ölənlər arasında partiyanın lideri Xarun Bilur və onun oğlu Daniyal Bilur da var.
Yaralananlar yerli xəstəxanaya çatdırılıb, onlardan bəziləri kritik vəziyyətdədir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31