Çex nazir təyinatından 12 gün sonra istefa verdi
10 İyul 2018 19:02 DünyaÇexiyanın ədliyyə naziri Tatyana Mala təyinatından 12 gün sonra istefa verib.
Nazir diplom işinin plagiat olması ilə bağlı ittihamlardan sonra bu addımı atıb. Mala plagiat məsələsinin həqiqəti əks etdirmədiyini, medianın bu mövzunu şişirtdiyini deyib: "Mənim əleyhimə kampaniya aparılır, ona görə də bu yaxınlarda təyin edildiyim postdan getmək qərarına gəlmişəm".
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31