Ermənistanda birdəfəlik plastik qablar qadağan edilir

Ermənistanda birdəfəlik plastik qabların istifadəsi qadağan edilə bilər.

Bu barədə ölkənin Təbiətin Mühafizəsi naziri Erik Qriqoryan məlumat verib. Onun sözlərinə görə, pilot layihə hələlik müəyyən bölgədə həyata keçiriləcək, daha sonra bütün Ermənistanı əhatə edəcək. Nazir onu da əlavə edib ki, qeyd edilən proses çərçivəsində sakinlərə toxuma paketlər paylanılacaq: "Birdəfəlik plastik qablara alternativ tapacağıq".

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31