Donald Tramp: “Putin mənim rəqibimdir"

“Rusiya prezidenti Vladimir Putin mənim rəqibimdir”. Bunu ABŞ prezidenti Donald Tramp CNN müxbirinin sualını cavablandırarkən deyib.

"Rusiya prezidenti Vladimir Putin mənim rəqibimdir".

Bunu ABŞ prezidenti Donald Tramp CNN müxbirinin sualını cavablandırarkən deyib.

Jurnalistin "siz Putini özünüzə dost, ya düşmən bilirsiniz" sualına cavabında Donald Tramp deyib: "Rusiya prezidenti Vladimir Putin mənim rəqibimdir".

Qeyd edək ki, iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü planlaşdırılıb.

ABŞ-ın dövlət katibi Maykl Pompeonun sözlərinə görə, dövlət başçıları arasındakı danışığın əsas mövzusu Suriya və Ukraynadakı vəziyyət olacaq.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31