"Mariya" Tayvanda məktəbləri bağladı

Tayvanın bir sıra şəhərlərində “Mariya” tayfunu ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması barədə qərar verilib.

Tayvanın bir sıra şəhərlərində "Mariya" tayfunu ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması barədə qərar verilib.

Adanın şimalında 10-dan çox şəhərdə məktəblər bağlanıb.

Sinoptiklər tayfunun episentrinin Tayvana düşməyəcəyini proqnozlaşdırsa da, ehtiyat məqsədilə məktəblərin bağlanması qərarı verilib.

Qeyd edək ki, "Mariya" tayfunu Çini də öz cənginə alıb. Belə ki, ölkənin şərqindəki Futszyan əyalətində "Mariya" tayfununun yaxınlaşması ilə əlaqədar ən yüksək dərəcəli, "qırmızı" kateqoriyalı xəbərdarlıq verilib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31