Pxenyan İsraildən bunun qarşılığında 1 milyard istədi
Şimali Koreya 1999-cu ildə İrana və İsrailin digər rəqiblərinə raket texnologiyalarını satmamaq üçün Təl-Əvivdən kompensasiya istəyib. Bu barədə “Vol Strit Jurnal” yazıb.
10 İyul 2018 15:47 DünyaŞimali Koreya 1999-cu ildə İrana və İsrailin digər rəqiblərinə raket texnologiyalarını satmamaq üçün Təl-Əvivdən kompensasiya istəyib.
Bu barədə "Vol Strit Jurnal" yazıb.
Nəşrin Şimali Koreyadan olan keçmiş diplomata istinadla verdiyi xəbərə görə, 1999-cu ildə İsveçdə Təl-Əvivlə Pxenyan rəsmiləri arasında gizli görüş keçirilib. İsrailin Şimali Koreyanın 1 milyard dollarlıq ödəmə təklifini rədd etdiyi, ancaq bu ölkəyə qida yardımı təklif etdiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31