Norveçdə neftçilər kütləvi etiraza başlayıb

Norveçin neft-qaz sahəsi işçilərinin həmkarlar ittifaqının 700-ə yaxın üzvü əmək haqqlarının artırılması tələbilə tətil elan edib.

Norveçin neft-qaz sahəsi işçilərinin həmkarlar ittifaqının 700-ə yaxın üzvü əmək haqqlarının artırılması tələbilə tətil elan edib.

Neftçilər İşəgötürənlər Assosiasiyasilə aparılan danışıqlar uğursuzluqla nəticələndikdən sonra tətil etmək barədə qərara gəliblər. 

"Safe neft-qaz sahəsi işçilərinin həmkarları və İşəgötürənlər Assosiasiyası neftçilərin illik əmək haqqlarının artırılması ilə bağlı razılığa gələ bilməyiblər. Bununla əlaqədar olaraq, kontinental şelfdəki 9 obyektdə işləyən 669 neftçi tətil elan ediblər", - deyə Assosiasiyanın bəyanatında bildirilib. 

İşəgötürənlər Assosiasiyası hesab edir ki, neftçilərin maaşların qaldırılmasilə bağlı tələbləri əsassızdır və müəssisələrlə işçilər arasındakı belə konfliktlər bu sahədə imic və iqtisadi itkilərə səbəb ola bilər. 

Həmkarlar ittifaqı isə bəyan edib ki, əgər tərəflər razılığa gələ bilməsələr, gələn həftədən tətilə daha 900 neftçi qoşulacaq. Bununla da, tətil Norveçin neft sahəsində fəaliyyət göstərən 20 obyektini əhatə edəcək. 

AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31