İsrail və Fransa birgə hərbi dəniz təlimi keçiblər
10 İyul 2018 15:03 Dünyaİyulun 8-10-da Aralıq dənizində İsrail və Fransa Hərbi Dəniz Donanmaları birgə hərbi təlim keçiblər.
İsrailə aid Kidon və Eylat hərbi gəmiləri Fransanın Cənubundakı Tulon limanı yaxınlığında keçirilən hərbi dəniz təlimlərində iştirak ediblər. Bu 1963-cü ildən etibarən iki ölkə arasında baş vermiş ilk hərbi dəniz təlimləridir.
Qeyd edək ki, Fransa İsrailə hər zaman hərbi siyasi dəstək verib və bu ölkəyə ən müasir silahlar verib.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31