Sərvəti 9 milyard dollar artdı

Adı qalmaqallarda səslənən "Facebook" sosial şəbəkəsi maddi baxımdan heç bir zərər çəkməyib.

Adı qalmaqallarda səslənən "Facebook" sosial şəbəkəsi maddi baxımdan heç bir zərər çəkməyib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, "Facebook"un qurucusu 34 yaşlı Mark Zukerberg zənginlər siyahısında ilk dəfə üçüncü yerdə qərarlaşıb.

Sərvəti ötən ilə nisbətən 9 milyard dollar artan Zukerberg 81.6 milyard dollara yüksələn sərvəti ilə Uorren Buffetti keçib.

Dünyanın ən zəngin adı "Amazon"un müdiri Cef Bezon 142 milyard dollarla birinci sırada, "Microsoft"un qurucusu Bill Qeyts 94.2 milyard dollarla ikinci yerdə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31