İran ABŞ sanksiyasına qarşı neft ixracını artırmaq niyyətindədir
10 İyul 2018 14:44 DünyaABŞ-ın sanksiyalarına cavab olaraq İran neft ixracının həcmini maksimuma çatdıracaq.
Bu barədə İranın I vitse-prezidenti İshaq Cahangiri bildirib.
"Düşmən bizim məhsulların (neft, polad, mis) ixracını tam dayandırmaq istəyir. ABŞ-ın sanksiyasının cavabında biz neft ixracını maksimuma çatdırmaq niyyətindəyik. Çətinləşən vəziyyətdə poladın da istehsalını və ixracını artırmaq məqsədəuyğundur",-deyə o bildirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31