Türkiyədə baş verən faciə ilə bağlı – Sensasiya

Türkiyədə 24 nəfərin ölümünə səbəb olan qatar qəzası ilə bağlı şok iddia ortaya atılıb.

Türkiyə mətbuatı baş vermiş qəzanın təxribat ola biləcəyi ehtimalı barədə yazıb.

"Yeni Akit" nəşrində Əli Qarahəsənoğlunun sözlərinə görə, qəzanın təxribat olması ehtimalı araşdırılmalıdır. Belə ki, bu versiyanı gücləndirə biləcək bir sıra faktlar mövcuddur. Ölkədə dəmiryolu nəqliyyatında ölümlə nəticələnən qəzaların statistikası və qəza tarixinin Ərdoğanın andiçmə mərasiminə yaxın olması həmin faktlar sırasındadır. Qəza baş verən ərazidə həmin dövrdə heç bir ciddi yağıntı və sel barədə məlumatın olmaması və qəzadan bir neçə saat əvvəl ərazidən başqa bir qatarın təhlükəsiz şəkildə keçməsi bu iddianı gücləndirib.

Bundan əlavə, qəzadan dərhal sonra HDP millət vəkillərinin xüsusi canfəşanlıq göstərməsi də diqqət çəkib. Millət vəkili Barış Atayın dərhal hadisə yerinə getməsi, oradan isə xəstəxanaları ziyarəti birmənalı qarşılanmayıb. Atayın xəstəxanda qəzada xəsarət alanların yaxınları ilə mübahisə edərək, onların üzərinə yeriməsi isə məsələnin arxasında tamam başqa məqamların - baş vermişvə ya törədilmiş faciədən səs potensialını artırmaq məqsədilə istifadə etməyin dayandığını göstərib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31