Planetdəki həyat üçün təhdid - Rus alimləri açıqladı

Rusiyalı alimlər Beynəlxalq Kosmos Stansiyasında apardığı təcrübələrdə kosmos boşluğunda uzun müddət qaldıqdan sonra Dünyaya qayıdan bəzi mikroorqanizmlərin antibiotiklərə qarşı müqavimətinin artdığını, mutasiyaya uğramış bu mikroorqanizmlərin gələcəkdə həyati təhlükə yaradacağını təsbit edib.

Olaylar.az Rusiya mediasına istinadən xəbər verir ki, rusiyalı alimlər orbitdəki Beynəlxalq Kosmos Stansiyasında apardığı tədqiqatlar çərçivəsində hər 6 ayda bir yer üzünə araşdırma aparmaq üçün kosmosdan mikroorqanizmlər gətirilib. Təcrübələrdə onurğalı canlılar və bitkilərdən 68 növ orqanizm istifadə edilib. Araşdırmalar nəticəsində kosmosdan yer üzünə gətirilən bəzi mikroorqanizmlərin antibiotiklərə qarşı göstərdiyi müqavimətin artdığı aşkar edilib.

Alimlər mutasiyaya uğramış bu orqanizmlərin gələcəkdə planetdəki həyat üçün təhdid olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31