Əfqanıstanda PARTLAYIŞ – Həlak olanlar var

Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərinin mərkəzində yerləşən stadionda partlayış hadisəsi baş verib. Olaylar.az türk mediasına istinadən bildirir ki, partlayış nəticəsində azı 10 nəfərin həlak olduğu bildirilir. 4 nəfərin şəhərin mərkəzi xəstəxanasına çatdırıldığı xəbəri yayılıb.

Kamikadze hücumu nəticəsində baş verən partlayış hadisəsini heç bir terror təşkilatı öz üzərinə götürməyib. Partlayışın İŞİD terror təşkilatı tərəfindən təşkil edildiyi ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31