Dünyanın ən kök uşağı 83 kq arıqladı — FOTO
Dünyanın ən kök uşağı İndoneziyada yaşayırdı.
10 İyul 2018 13:07 DünyaDünyanın ən kök uşağı İndoneziyada yaşayırdı.
Ötən il 190.5 kq çəkisi olan Arya Premana əməliyyatla mədəsini kiçildib. Bu əməliyyatdan sonra Premana 83 kq arıqlayıb. Arya "İndi altı qaşıq yemək yeyəndə də doyuram" deyib.
Arya İndoneziyanın paytaxtı Cakarta şəhərində yaşayır və 12 yaşı var. Həkimlər uşağ əməliyyat olmasa, öləcəyini bildirmişdilər.
Arya 5 dəqiqədən çox ayaq üstə dayana bilmirdi. Artıq çəki səbəbindən məktəbdən də çıxmışdı. Tez-tez acıyan uşaq artıq gəzə bilmirdi.
Amma indi Arya normal gəzir, hərəkət edir.


Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31