Astronomlar Kainatın ən parlaq obyektini kəşf etdilər
Astronomlar “PSO J351-15” adlı anomal dərəcəd parlaq olan qara dəliyin fotosunu əldə ediblər.
10 İyul 2018 13:03 DünyaAstronomlar "PSO J351-15" adlı anomal dərəcəd parlaq olan qara dəliyin fotosunu əldə ediblər.
Bu qara dəlik Kainatın yarandığı ilk gündən mövcuddur və bizdən 13 milyard işıq ili uzaqda yerləşir. Alimlər fotoları "Astrophysical Journal" jurnalında nəşr ediblər.
Alimlər qeyd ediblər ki, bu kvazar ilk ulduz və qalaktikalar Kainatı şəffaf edən dövrdə də mövcud olub.
Ehtimal edilir ki, qalaktikanın mərkəzində çox böyük qara dəliklər var. Bu qara dəliklərin kütləsi milyonlarla, milyardlarla Günəşin kütləsinə bərabərdir. Bu obyektlərin yaranma səbəbi hələ tam məlum deyil.
Kainatın ilk qalaktikalarını müşahidə edən alimlər müəyyən ediblər ki, bu qalaktikalardakı qara dəliklərin kütləsi on milyardlarla Günəşin kütləsinə bərabərdir.
Ölkə.Az