Lavrovla görüşən senator: "Putin mafiozdur"
10 İyul 2018 12:50 DünyaRusiya Prezidenti Vladimir Putinin qarşısını almaq lazımdır.
Bunu amerikalı senator Con Nili Kennedi deyib. Onun sözlərinə görə, Qərb heç bir halda Putinə güvənməməlidir:
"Rusiyada siyasi fəlsəfə yoxdur. Bu, mafiyanın siyasi fəlsəfəsi kimidir. Mafiyanın fəlsəfəsi isə pul və hakimiyyətdir. Bu, Putinin fəlsəfəsidir".
Qeyd edək ki, Kennedi bir müddət əvvəl Rusiyaya gəlib və Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31