Çin ərəb ölkələrinə borc verəcək
10 İyul 2018 12:27 DünyaÇin ərəb ölkələrinə 20 mlrd. ABŞ dolları məbləğində kredit ayıracaq.
Bu barədə Çinin sədri Si Tszinpin paytaxt Pekində keçirilən Çin-Ərəb biznes forumunda bildirib.
Onun sözlərinə görə, ərəb ölkələrinə borc məşğulluğun artırılması üçün veriləcək və bu, ərəb dünyasında sosial vəziyyətə müsbət təsir edəcək.
Sədr həmçinin qeyd edib ki, Çin hökuməti ərəb ölkələrində liman və dəmir yollarının çəkilməsində maraqlıdır. Onun sözlərinə görə, bu Mərkəzi Asiya, Şərqi Afrika və Hind okeanı regionlarını Aralıq dənizi ilə birləşdirməyə kömək edəcək.
Bundan başqa, Çin Suriya, İordaniya və Yəmənə 600 mln. yuan (90,5 mln. dollar) humanitar yardım ayıracaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31