Ölkə haqqında "Fahişə oğulların vətəni" deyən qadın həbs olunur
10 İyul 2018 11:28 DünyaMisirə turist kimi gedən livanlı qadın ölkə barəsində tənqidi fikirlər səsləndirdiyinə görə 8 il müddətinə həbs cəzası alıb. Milli.Az xəbər verir ki, Mona em-Mazboh adlı 24 yaşlı qadın Qahirədə saxlanılıb. Onun tutulmasına səbəb kimi sosial şəbəkə hesabında Misir cəmiyyəti barədə tənqidi fikirlər səsləndirməsidir.Belə ki, Mona Facebook-da 10 dəqiqəlik video yayaraq Misirdə qadınlara qarşı təcavüz hallarının çox olduğunu, restoranlarda müştərilərə xidmətin zəif olduğunu söyləyib və Misiri "fahişə oğulların ölkəsi", misirli kişiləri qadın alverçisi, qadınları isə "fahişə" adlandırıb.Qeyd edək ki, əvvəl Mona üçün 11 illik həbs cəzası təyin edilsə də, sonradan 8 ilə endirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31