Əfqan əsilli tacir silahlı hücuma məruz qalıb

Türkiyədə Kastamonu Hepkebirler Məhəlləsində Kastamonuda əfqan əsilli bir nəfər küçənin ortasında silahlı hücum nəticəsində ağır yaralanıb. 

Olaylar.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kastamonu Hepkebirler Məhəlləsinin üstündə yerləşən Keçmiş Bələdiyyə Binasının yanında baş verib. 4 güllə yarası alan 28 yaşlı Taleb Şah  xəstəxanaya çatdırılıb.

Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilib. Polis cinayətkarı tutmaq üçün əməliyyatlara başlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31