Gənc çoban ailənin üç üzvünü qətlə yetirib

Gürcüstanın Duşeti bölgəsində cəsədi tapılan amerikalı ailə Rayan və Laura Smitlə birgə 4 yaşlı oğlunun öldürüldüyü məlum olub.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, yoxa çıxan ailənin axtarışlarına başlandıqdan bir gün sonra onların cəsədi tapılıb. Onların 19 yaşlı çoban tərəfindən öldürüldüyü sübut olunub. O, əvvəlcə Rayanı öldürüb, daha sonra isə Lauranı şəlalədən atıb. Sonda isə 4 yaşlı uşağı qətlə yetirib.

Qeyd edək ki, Smit ailəsi Gürcüstanda Azərbaycanın xalçaçılıq ənənələrinin bərpası və təbliğatı işilə məşğul olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31