Şirakdan şok: Yeni referendum keçirilə bilər
10 İyul 2018 11:05 DünyaBritaniyadakı siyasi böhran Breksitlə bağlı ikinci referenduma səbəb ola bilər.
Bunu "RİA Novosti" agentliyinə açıqlamasında Avropa Birliyi rəhbərinin keçmiş müşaviri Paolo fon Şirak deyib.
"Əgər yaranan siyasi böhran xaosa çevrilsə, yeni seçkilər keçirilə bilər. Böyük ehtimalla seçkinin qalibi Leyborist Partiyasının rəhbəri Ceremi Korbin olacaq. Yeni referendum da mümkün ola bilər və britaniyalılar bunun sayəsində 2016-cı ildə verdikləri qərarı dəyişə bilərlər", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31