Ac qalan it ölmüş sahibini yedi
10 İyul 2018 01:11 DünyaTaylandda günlərdir evindən çölə çıxmayan 62 yaşı Qlenn Pattinsonun cəsədi tapılıb.
Qonşuların polisə şikayətindən sonra evə daxil olan polis Pattinsonu çılpaq vəziyyətdə döşəməyə sərilmiş halda tapıb.
Ancaq daha dəhşətli mənzərə isə qocanın üzünün olmaması olub. Belə ki, polisin xəbər tutmasından 10 gün əvvəl ölən Qlennin üzü ac qalan 5 yaşlı iti Kujo tərəfindən yeyilib. Kujo sahibinin sinəsini də parçalayıb.
Polis Qlennin ölümündə hər hansı şübhəli məqam olmadığını bildirib.

Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31