Ruhani Paşinyanı İrana dəvət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə səfərdə olan İranın energetika naziri Reza Ardakanianı qəbul edib.

İkitərəfli əlaqələrin inkişafından danışan nazirlər gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsinə çalışacaqlarını bildiriblər. Ardakanian prezident Həsən Ruhaninin salamını Paşinyana çatdıraraq onun İrana dəvət edildiyini söyləyib. 

Tərəflər regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31