İçərisində radioaktiv maddə olan yük maşını oğurlanıb
9 İyul 2018 18:20 DünyaMeksikada içərisində radioaktiv maddə olan yük maşınının oğurlanması ilə əlaqədar ölkə ərazisində "həyəcan" elan edilib.
Bu barədə Meksika paytaxtının Mülki Müdafiə Nazirliyi məlumat yayıb.
"Həyəcan iridium-192" avtomobilin ola biləcəyi 11 ştat ərazisində elan edilib.
O, dünən Mexikonun Alvaro-Obreqon rayonu ərazisində oğurlanıb və bildirilir ki, radioaktiv maddə onu oğurlayan şəxslər üçün da təhlükə ola bilər.
Qeyd edilir ki, şirkətin avtomobilini qaçıran cinayətkarlar onun göyərtəsində təhlükəli yük olduğunu bilməyiblər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31