İki bacı və əmisiqızları faciəvi şəkildə öldülər
Axtarışda olan iki bacı və onların qohumunun ölüm xəbəri gəlib.
9 İyul 2018 17:33 DünyaAxtarışda olan iki bacı və onların qohumunun ölüm xəbəri gəlib.
Türkiyədə baş verən qatar qəzasından sonra axtarışda olan 3 qızın (Özge Nur Dikmen, Gülce Dikmen, Sena Köse) öldüyü məlum olub.
Çerkezköyə getmək istəyən qızlar Uzunkörpüdə qatara minmişdilər. Onlar nənəsigildən evlərinə qayıdırdılar.
Qeyd edək ki, iyulun 8-i yerli vaxtla saat 17:00-da Çorlu şəhəri yaxınlığında 362 sərnişin və 6 heyət üzvünü Uzunköprüdən Halkalıya daşıyan 6 vaqondan ibarət sərnişin qatarı qəzaya uğrayıb. Nəticədə qatarın 5 vaqonu relsdən çıxıb, 24 nəfər ölüb, 318 nəfər yaralanıb. Müəyyən edilib ki, qatarın relsdən çıxmasına səbəb güclü yağışlar nəticəsində relslərin altında torpağın yuyulması olub.
Milli.Az

