Türkiyədə nazirliklərin birləşdirilməsinə başlandı
9 İyul 2018 17:23 DünyaTürkiyədə prezident idarə üsuluna keçidlə əlaqədar bir sıra nazirliklər birləşdirilib.
Qeyd olunur ki, ilk mərhələdə Əmək Nazirliyi ilə Ailə İşləri və Sosial Siyasət Nazirliyi birləşdirilib.
Yeni qurum Əmək, Sosial Xidmətlər və Ailə Nazirliyi adı altında fəaliyyət göstərəcək.
Həmçinin Maliyyə Nazirliyinin adı dəyişdirilərək Xəzinədarlıq və Maliyyə Nazirliyi olub.
Xatırladaq ki, Türkiyə Nazirlər Kabinetinin tabeliyində 25 qurum var.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31