Saakaşvili oğlunu evləndirdi - FOTO

Mixail Saakaşvilinin böyük oğlu Eduardın ABŞ-ın Filadelfiya ştatında toy mərasimi baş tutub.

Mixail Saakaşvilinin böyük oğlu Eduardın ABŞ-ın Filadelfiya ştatında toy mərasimi baş tutub. 

Bununla bağlı Gürcüstanın üçüncü prezidentinin "Facebook" hesabında məlumat yayılıb. 

"Həftə sonu okeanın o biri tərəfinə uçduq və oğlum Eduardın Filadelfiyadakı toyunda iştirak etdik. 

Eduard radioproqramın prodüserdir, BBC və National Public Radio ilə əməkdaşlıq edir. O, Pensilvaniyadakı Svartmor kollecindən sevgili olduğu Adina Melvus-Petrusla ailə qurub. Adina qeyri-hökumət təşkilatında işləyir və gürcü dilini öyrənir. 

Vaxt necə tez keçir. Elə bil biz özümüz dünən evlənmişdik (Bu, 1993-cü ildə baş verib). 

Fotoda oğlumun yanında dayanan Adina bizim ailənin yeni üzvüdür. Burada mən və Sandradan başqa, kiçik oğlumuz Nikoloz, anam və Sandranın atası da var", - Saakaşvili mərasimdən paylaşdığı fotoya bu şərhi yazıb.

Oxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31