Səudiyyə Ərəbistanında polis mərkəzinə hücum

Səudiyyə Ərəbistanının Əl Kasım vilayətinin  Burayda şəhəri yaxınlığındakı polis Nəzarət Buraxılış Nöqtəsinə  avtomobillə gələn üç şəxs tərəfindən  silahlı hücum edilib. Baş verən insident nəticəsində bir polis və bir mülki şəxs öldürülüb. Nəzarət nöqtəsindəki digər polislər cavab atəşiylə iki terrorçunu məhv ediblər. Sağ qalan silahlı şəxs isə ağır yaralı olaraq ələ keçirilib. Silahlı insidentlə əlaqədar istintaq başladılıb.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31