Türkiyə rəsmiləri qatar qəzasının nəticələri ilə bağlı son məlumatları açıqlayıblar
Türkiyədə dəhşətli qatar qəzası baş verib.
9 İyul 2018 16:13 DünyaTürkiyədə dəhşətli qatar qəzası baş verib.
Uzunköprü-Halkalı marşrutu üzrə hərəkət edən, içində 362 sərnişin və 6 personalı olan sərnişin qatarı dünən saat 17.00-də Tekirdağın Çorlu bölgəsində, Sarılar Məhəlləsində devrilib. 5 vaqonun relsdən çıxaraq devrildiyi qəzada ilk açıqlamalara görə, 10 nəfər həyatını itirib, 73 nəfər də yaralanmışdı.
Səhər saatlarında baş nazirin köməkçisi Rəcəb Akdağ keçirdiyi mətbuat konfransında ölü sayının 24 olduğunu açıqlayıb. Qatar qəzasında həyatını itirən vətəndaşları xəstəxanada tanıyan yaxınları isə göz yaşları içində qalıb.
Səhiyyə naziri Əhməd Dəmircan isə qəzadan sonra 318 nəfərin xəstəxanalara gətirildiyini, bunlardan 194 nəfərin ayaqüstə müalicə aldıqdan sonra xəstəxanadan evə buraxıldığını dedi. Nazir Dəmirxan hələ də 124 xəstənin müşahidə və müalicə altında olduğunu dedi.
Təfərrüatlara gəlincə, Türkiyənin Edirne şəhərinin Uzunkörpü bölgəsi ilə İstanbul Halkalı səfərini həyata keçirən sərnişin qatarının 5 vaqonu Tekirdağın Muradlı ilə Çorlu bölgələri arasındakı Sarılar Məhəlləsində relsdən çıxaraq devrilib. Edirne Uzunkörpüdən 362 sərnişin və 6 işçi ilə Halkalıya getmək üzrə, 15.40-da hərəkət edən sərnişin qatarı saat 17.00 radələrində Tekirdağın Muradlı ilə Çorlu bölgələri arasındakı Sarılar Məhəlləsində relsdən çıxaraq devrilib. Metrlər boyu sürüklənən qatardakı sərnişinlər isə böyük qorxu və dəhşət yaşayıb.
Baş nazir köməkçisi Rəcəb Akdağ, Nəqliyyat, Dənizçilik və Xəbərləşmə naziri Əhməd Arslan, səhiyyə naziri Əhməd Dəmirxan saat 07.00-də açıqlama verib. R.Akdağ dünən saat 17.20-də baş verən qəzanın ardınca davam etdirilən axtarış və xilasetmə çalışmalarının bu sabah saat 06.00-dan etibarən sonlandırılğını deyib. Akdağ həddən artıq yağışa görə torpaq sürüşməsi nəticəsində yaşanan qəzada 24 nəfərin həyatını itirdiyini açıqlayıb. Nazir Arslan isə qəza ilə bağlı texniki məlumatlar verib.
musavat.com