Paşinyan NATO sammitinə ciddi hazırlaşır
9 İyul 2018 14:48 DünyaErmənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik edəcəyi nümayəndə heyəti 11-13 iyulda NATO-nun Brüsseldəki sammitinə qatılacaq.
Bu barədə Paşinyanın sözçüsü Arman Yeqonyan məlumat verib.
Onun sözlərinə görə, Paşinyanın tapşırığı ilə NATO sammitində iştirak edəcək nümayəndə heyətinin tərkibinə baş nazirin birinci müavini Mqer Qriqoryan, müdafiə naziri David Tonoyan, xarici işlər naziri Zohrab Mnatsakanyan, elm və təhsil naziri Araik Arutyunyan, həmçinin NATO-nun Ermənistandakı missiyasının rəhbəri Qaqik Ovannisyan və Ermənistanın Belçikadakı səfiri daxildir.
Bundan əvvəl isə Paşinyan bəyan etmişdi ki, əgər NATO sammitinin yekun sənədində Ermənistanın maraqlarına, xüsusən də Dağlıq Qarabağ münaqişəsilə bağlı İrəvanın mövqeyinə zidd bəndlər olacaqsa, Brüsselə getməyəcək. Buna rəğmən, Paşinyanın bu cür böyük heyətlə NATO sammitinə qatılmağa razılıq veməsi birmənalı qarşılanmayıb.
AzVision.az