Qırğız Respublikasında hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb

Qırğız Respublikası Hava Müdafiə Qüvvələrinə məxsusu helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər xəsarət alıb.

Bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin sözçüsü Muhammed Svarov bildirib.

""Mi-8 MTV" Cənubi Enliçek (Xan tanrı zirvəsində - red.) meydanında axtarış əməliyyatı aparırdı", - deyə o, vurğulayıb.

Qırğız Respublikası Silahlı Qüvvələri Baş Qərargahından bildirlib ki, güclü külək eniş zamanı helikopterin sol bortunu zədələyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31