Ukrayna blokadaya alındı: FSB 7 gəmini ələ keçirdi
9 İyul 2018 13:47 DünyaRusiya FTX-nin Sərhəd Xidməti Ukraynanın Berdyansk və Mariupol limanlarına gedən 7 gəmini Azov dənizində ələ keçirib.
Bu barədə məlumatı öz Feysbuk səhifəsində ukraynalı aktivist Andrey Klimenko paylaşıb. O, 6 gəminin 8 iyulda, 1-nin isə ayın 9-da gecə saatlarında ələ keçirildiyini bildirib.
Klimenko Ukrayna hökumətini Rusiyanın addımlarına qarşı heç bir cavab verməməkdə ittiham edib.
Qeyd edək ki, bundan öncə Kiyev Azov dənizində Rusiyaya uduzduğunu və buradakı maraqlarını müdafiə edə bilmədiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31