Villadan lüks avtomobillər oğurlandı

Ankaranın Çankaya bölgəsində maraqlı oğurluq hadisəsi baş verib.

Ankaranın Çankaya bölgəsində maraqlı oğurluq hadisəsi baş verib. 

Olaylar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, villaya daxil olan oğrular, 2 milyon 750 min lirə dəyərində nağd pul, brilyant, ləl-cəvahirat ilə 2 lüks maşını oğurlayıb.

150 min lirə dəyərində xüsusi dizayn və xaricindən gətirilən çantaları da götürən oğrular, oğurladıqları əşyaları villanın qarajında "Porsche" və "Land Rover" markalı maşına yükləyərək qaçıblar.

Oğrular villadakı təhlükəsizlik kameraları vasitəsilə saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31