Ərdoğanın tədbirinə 22 prezident qatılacaq
Bu gün saat 16:30 radələrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi baş tutacaq.
9 İyul 2018 13:25 DünyaBu gün saat 16:30 radələrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi baş tutacaq.
Andiçmə mərasimindən sonra prezidentin işinə başlaması ilə bağlı tədbir olacaq. Daha sonra isə qonaq olan prezident, nazir və digər səlahiyyətli şəxslər üçün axşam yeməyi məclisi təşkil olunacaq.
Qeyd edək ki, tədbirdə 22 prezident, 28 baş nazir, və digər səlahiyyətli şəxslər iştirak edəcək. Artıq Azərbaycan nümayəndə heyəti baş nazirin rəhbərliyi ilə Ankaraya yola düşüb.
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31