6 bara eyni anda hücum olundu, ölənlər var
Meksikada barlara silahlı hücum təşkil edilib, 15 nəfər öldürülüb.
9 İyul 2018 13:14 DünyaMeksikada barlara silahlı hücum təşkil edilib, 15 nəfər öldürülüb.
Nuevo-Leon ştatının Monterrey şəhərində silahlı şəxslər barlara hücum ediblər. Yerli prokurorluğun yaydığı məlumata görə, hücum eyni vaxtda 6 bara olub.
Bildirilir ki, qeyd edilən ərazidəki məkanlara "Şimal-Şərq" karteli nəzarət edib, hücumu isə rəqib "Körfəz" karteli həyata keçirib. Hər iki dəstə ABŞ-a narkotik daşınmasına nəzarət uğrunda bir-biri ilə mübarizə aparır.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31