Hülya Avşarın bağ evi qarət olundu

Türkiyəli müğənni Hülay Avşarın bağ evi qarətçilərin hücumuna məruz qalıb.

Türkiyəli müğənni Hülya Avşarın bağ evi qarətçilərin hücumuna məruz qalıb.

Olaylar.az türk mediasına istinadən bildirir ki, soyğuncu 06:30 radələrində müğəninin Ayvalıktda yerləşən bağ evinin yataq otağına daxil olub. Qarətçi Hülya Avşarın cantalarını, pul qabını mənimsəyib.

Hadisə haqqında məlumat verən məşhur müğənni otağında səs eşitdiyini və ayılanda kiminsə əşyalarını qarışdırdığını görüb. Dərhal oğruya doğru irəliləyən Hülya bildirir ki, soyğuncu çantalarımı və pul qabımı pəncərəmdən həyətə ataraq qaçdı.

Polisə xəbər verən müğənni çantasında 1500 TL, qızıl sırğalar, maşınının açarı, şəxsiyyət vəsiqəsi və bank kartlarının olduğunu qeyd edib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31