İrandan şok: "ABŞ ordusuna nüfuz edə bilmişik"

ABŞ-ın bölgədəki hərbi mərkəzlərini nəzarət altında saxlayırıq.

Bu sözləri İran İslam İnqilabı Keşikçilər Korpusunun Müdafiə Qüvvələri komandanı Əmir Əli Hacızadə deyib.

"ABŞ-ın Suriya və İraqda hansı addımları atdığını bilirik. Hərbi qərargahları izləyirik. Əlimizdə sənədlər, görüntülər var. Etiraf edirəm ki, son illərdə biz ABŞ-ın hərbi mərkəzlərinin daxilinə nüfuz edə bilmişik. Onların İŞİD-ə dəstək verməsini də çox gözəl bilirik. Əgər ölkə rəsmilərimiz icazə versə, yaxın günlərdə bu faktları ictimaiyyətlə paylaşacağıq", - Əli Hacızadə bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31