Rəsmən təsdiqləndi: 298 nəfərin öldüyü təyyarəni Rusiya vurub
24 May 2018 15:01 Dünya2014-cü ilin 7 iyul tarixində Amsterdam-Kula Lumpur xətti üzrə uçan Malaziya Hava yollarına aid MH17 sərnişin təyyarəsinin Ukrayna üzərində vurulması ilə bağlı araşdırmanın nəticələri açıqlanıb.
Publika.az xəbər verir ki, Beynəlxalq Cinayətlərin Araşdırılması Qrupu təyyarəni vuran raketin Rusiya Silahlı Qüvvələrinə aid olduğunu bildirib.
Qeyd edək ki, təyyarə qəzası nəticəsində 298 insan (283 sərnişin və 15 ekipaj üzvü) həyatını itirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31