Yunanıstandan Ərdoğanı qəzəbləndirən qərar

Yunanıstan Dövlət Şurası Türkiyədə dövlət çevrilişinə cəhdə iştirak etmiş Fətullahçı Terror Təşkilatının – FETÖ-nün 8 üzvünə sığınacağın verildiyini açıqlayıb.

Yunanıstan Dövlət Şurası Türkiyədə dövlət çevrilişinə cəhdə iştirak etmiş Fətullahçı Terror Təşkilatının - FETÖ-nün 8 üzvünə sığınacağın verildiyini açıqlayıb.

2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş çevrilişə cəhddən sonra Yunanıstana qaçmış 8 fətullahçının məhkəmə işi yekunlaşıb.

Ali Məhkəmənin qərarı ilə yunan hökumətindən sığınacaq istəyən 8 nəfərə Yunanıstanda sığınacaq verilib.

Qeyd edək ki, Türkiyə tərəfi bu ilin yanvar ayında rəsmi Afinaya müraciət edərək, FETÖ-çülərin Ankaraya ekstradisiya edilməsini tələb etmişdi. Yunanıstan məhkəməsi isə mart ayında təhvil tələbini rədd etmişdi.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31