Rusiyanın məşhur biznesmeni İsrail vətəndaşlığı alır

Rusiyanın yəhudi əsilli məşhur biznesmeni, milyarder Roman Abramoviç vətəndaşlıq alamaq üçün mayın 24-də İsrailə gedib.

Rusiyanın yəhudi əsilli məşhur biznesmeni, milyarder Roman Abramoviç vətəndaşlıq alamaq üçün mayın 24-də İsrailə gedib.

O, son zamanlar Böyük Britaniya vizası almaq sahəsində çətinliklərlə üzləşib.

Çünki rəsmi London Rusiyaya qarşı sanksiya tətbiq edəndən sonra Rusiya vətəndaşlarının Britaniya vizası alması o qədər də asan olmur. R.Abramoviç viza ilə bağlı problemi həll etmək üçün İsrail vətəndaşlığı almaq qərarına gəlib. 

Məlumata görə, Böyük Britaniyanın "Çelsi" futbol klubunun yiyəsi olan milyarder Təl-Əvivi Neve-Tsedek turist rayonunda böyük mülk tikdirir.

İsraildə çıxan "Globus" qəzetinin yazdığına görə, rusiyalı milyader bu rayonda 25 milyon dollara "Versano" mehmanxanasını, oranın həyətinə bitişik 1,5 min kv metrlik ərazini satın alıb.

Qəzet bildirib ki, R.Abramoviç İsraildən 4 startap-şirkət əldə edib. Onlardan biri smartfonlar üçün batareya istehsalı ilə məşğuldur. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31