"Instagram"dan YENİLİK
“Facebook” sosial şəbəkəsi kimi, son bir neçə ildir ki, “İnstagram” da özünə kifayət qədər istifadəçi toplaya bilib. İzləyiçilərini məmnun etmək üçün hər iki portal yeniliklər üzərində işləyir. Böyük əksəriyyətin istəklərini nəzərə alaraq funksiyaları təkmilləşdirməyə çalışır.
23 May 2018 09:46 Dünya"Facebook" sosial şəbəkəsi kimi, son bir neçə ildir ki, "İnstagram" da özünə kifayət qədər istifadəçi toplaya bilib.
İzləyiçilərini məmnun etmək üçün hər iki portal yeniliklər üzərində işləyir. Böyük əksəriyyətin istəklərini nəzərə alaraq funksiyaları təkmilləşdirməyə çalışır.
Nəhayət ki, "İnstagram"da bir çox istifadəçinin gözlədiyi funksiya aktivləşdi. Artıq obonentlər izləmək istəmədiyi dostlarını "səssiz" ("Mute") rejimində saxlaya biləcək. Bununla da həmin şəxsləri dostluqdan çıxarmağa da ehtiyac qalmayacaq və paylaşımlarını izləməyi dayandırmış olacaqsınız.
Ən önəmlisi isə səssizləşdirdiyiniz hesab bunu bilməyəcək və istədiyiniz zaman həmin şəxsi yenidən "Mute" rejimindən çıxara biləcəksiniz.