Zukerberq üzr istədi: "Bu, bir daha olmayacaq"

"Feysbuk"un qurucusu Mark Zukerberq sosial şəbəkə istifadəçilərindən üzr istəyib.

"Feysbuk"un qurucusu Mark Zukerberq sosial şəbəkə istifadəçilərindən üzr istəyib.

O, Avropa Parlamentindəki (AP) siyasi institutuların rəhbərlərilə keçirdiyi görüşdə son illər istifadəçilərin təhlükəsizliyi üçün lazımi addımlar atmadıqlarını bildirib.

Zukerberq məsuliyyətlərini tam anlamadıqlarını qeyd edərək üzr istəyib: "Bu bir xəta idi. Dəyişikliklər ediləcək. Bu vaxt aparsa da, biz qərarlıyıq. İnsanların təhlükəsizliyi üçün bu vacibdir".

Zukerberq "Cambridge Analytica" kimi skandalın bir daha yaşanmaması üçün diqqətli olacaqlarını qeyd edib: "Şəxsi məlumatlara əlçatımlığı məhdudlaşdıracağıq. Şübhəli tətbiqlərimizi bir daha gözdən keçirəcəyik".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31