Avropadan Rusiyaya yeni ittiham - Kataloniya böhranı
İspaniya Milli Kəşfiyyat Mərkəzinə tabe olan Milli Kriptologiya Mərkəzi Kataloniyadakı siyasi böhranda Rusiyanın əlinin olduğunu təsdiqləyib.
23 May 2018 00:36 Dünyaİspaniya Milli Kəşfiyyat Mərkəzinə tabe olan Milli Kriptologiya Mərkəzi Kataloniyadakı siyasi böhranda Rusiyanın əlinin olduğunu təsdiqləyib.
Bu barədə Milli Kəşfiyyat Mərkəzinin hesabatında bildirilib.
Rəsmi Kreml ittihamları cavablandırmayıb. Hesabatda qeyd olunur ki, Rusiya ayrı-ayrı sosial qrup və institutlar vasitəsilə Kataloniyada separatizm meyllərinin güclənməsi üçün sosial şəbəkələrim imkanlarından yararlanıb.
Qeyd edək ki, 2017-ci il oktyabrın 1-də İspaniyanın Kataloniya əyalətində "müstəqillik"lə bağlı referendum keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31