Trampın “tweet”ləri ilə bağlı qəribə iddia
Ağ Evdən bildiriblər ki, ABŞ prezidenti Donald Trampın “tweet”lərindəki səhvlər bəzən məqsədyönlü şəkildə edilir.
22 May 2018 17:57 DünyaAğ Evdən bildiriblər ki, ABŞ prezidenti Donald Trampın "tweet"lərindəki səhvlər bəzən məqsədyönlü şəkildə edilir.
Bununla bağlı "The Boston Globe" gizli mənbəyə istinadla məlumat yayıb.
Qeyd edilir ki, Trampa "Twitter"də paylaşım etməkdə Ağ Evin əməkdaşları yardım edir.
Prezident "tweet" yazmaq istəyəndə ona bir neçə variant təklif edilir və o, lazım olanı seçir.
Mənbənin sözlərinə görə, Ağ Evin əməkdaşları "tweet"ləri Trampın stilində yazmağa çalışır. Onlar bunun üçün qrammatik səhvlərdən, durğu işarələrindən, təsadüfi sözlərdən istifadə edir.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31