SOS! Ölümcül virus yenidən aşkarlandı

Dünyanın ən ölümcül viruslarından olan Nipah Hindistanda yenidən aşkarlanıb. 1999-cu ildə Malaziyada yayılan və çox sayda insanın ölümünə səbəb olmuş Nipah Hindistanda Kerala əyalətində 9 nəfərin ölümünə səbəb olub, 90 nəfər isə karantin altına alınıb.

Dünyanın ən ölümcül viruslarından olan Nipah Hindistanda yenidən aşkarlanıb.

1999-cu ildə Malaziyada yayılan və çox sayda insanın ölümünə səbəb olmuş Nipah Hindistanda Kerala əyalətində 9 nəfərin ölümünə səbəb olub, 90 nəfər isə karantin altına alınıb.

Bu virusa tutulanların 40-75%-i dünyasını dəyişir. Xəstəliyin əlamətləri yüksək hərarət, baş və boğaz ağrısı, yorğunluq, baş fırlanmasıdır və qripə oxşayır. Virus ağciyər və beyində su toplanmasına səbəb olur. İlk dəfə Malaziyanın Nipah ərazisində aşkarlanan virusun bioloji silah olması iddialar arasındadır. 

Xurma, xurma bəhməzi kimi məhsullarda Nipahın tapılma ehtimalı yüksəkdir. Yarasalar vasitəsilə meyvələrə bulaşan virus daha çox Sinqapur, Malaziya, Hindistan və Banqladeşdə müşahidə edilib. 

Dünya Səhiyyə Təşkilatına görə, xəstəliyi dərmanla sağaltmaq və ölüm təhlükəsini aradan qaldırmaq mümkün deyil. Virusa yoluxan şəxsə erkən diaqnoz qoymaq, xəstəliyə müqavimət göstərə bilmək üçün lazımi tədbirlərin həyata keçirilməsi insanları xilas edə bilər. Mütəxəssislər virusa qarşı peyvənd üzərində çalışır.

Qaynarinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31